
Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin həcmi bu ilin 9 ayı ərzində təxminən 30 faiz artıb. Bu barədə Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents Azərbaycan-Avstriya biznes forumunda bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 326 milyon dollar təşkil edir.
16:00 / 05.12.2013