
Sahibkarlara növbəti güzəştli kreditlər ayrılıb. Sahibkarlığa Kömək Milli Fondunun Tovuzun Qovlar şəhərində təşkil etdiyi tədbirdə əvvəlcə bu rayonda prioritet olan sahələr müzakirə olunub. Müasir çörək zavodunun, kiçik həcmli çörək istehsalı müəssisəsinin, kiçik və orta həcmli üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Daha sonra Tovuz və ətraf rayonlardan olan 51 sahibkara 714,2 min manat güzəştli kredit verilib.
13:00 / 23.11.2013