/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pambıq yığımında texnikalardan istifadə olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Ağdamda pambıq tarlalarında bu mövsüm ilk dəfə pambıq yığımı texnika ilə aparılır. Sahələrdə məhsuldarlıq bir o qədər ürəkaçan olmasa da, fermerlər pambığı tez və itkisiz toplamağa çalışırlar.
Ümumiyyətlə, sovetlərdən sonra pambıq tarlalarında yığımın yalnız əl əməyi ilə aparılması fermerlərin bu sahədən çox az gəlir götürməsinə səbəb olur. Çünki, qiyməti onsuz da ucuz olan «ağ qızıl»-ın maya dəyəri təsərrüfat sahiblərinə baha başa gəlir. Uzun illər bu sahədə yeniliklərin olmaması kəndlinin pambığa olan marağının azalmasına gətirib çıxarıb.
SSSR dağıldıqdan sonra ilk dəfədir ki, Ağdamda pabmıq tarlalarına pambıq yığan konbayınlar girir. Bu da fermerləri daha çox sevindirir. Çün ki, pambığın tarlalardan konbayınla toplanması fermerlərin üzərina daha ucuza başa gəlir.
Sevindik Bağırov bu il 35 hektar sahədə pambıq becərib. Onun 10 hektarını kombaynla yığıb. Pambığın texnika ilə yığılması həm də vaxt baxımdan çox səmərəlidir. Gün ərzində kombaynla 15-20 ton pambıq toplamaq mümkündür.
Bu il rayon ərazisində 200 hektaradək sahədə pambıq becərilib. Sentyabrın əvvəlində havaların yağmurlu keçməsi pambığın həm yığımına, həm də məhsuldarlığına mənfi təsir göstərib. Bu səbəbdən də fermerlər günəşli havadan istifadə edərək məhsulu son qozasınadək yığmağa çalışırlar.
Habil Aslanoğlu

13:00 / 18.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 7425
Bu ay: 120645
Ümumi: 16434668
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın