/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Şabalıd ağaclarında kütləvi xəstəlik yayılır

Şriftin ölçüsü:  11px13px15px17px

Plov həvəskarları, bu milli xörəkdə istifadə olunan şabalıdı yəqin çox sevirlər. Lakin son illər bazarlardakı şabalıd qıtlığı və ya qiymətinin həddindən artıq yüksək olması çoxlarını bu məhsulu almaqdan vaz keçirir. Məsələnin əsl səbəbini öyrənmək üçün bölgə müxbirimiz şabalıd əkilən rayonlarda vəziyyətlə maraqlanıb və nəticədə xoş olmayan bir mənzərə ilə qarşılaşıb. Şabalıd ağaclarında kütləvi surətdə xəstəlik yayılır və onlar quruyur.
Şəki rayonunda «Baş şabalıd» adlı kənd də var. Adından bəlli olduğu kimi burada şabalıd çox yetişir və bu məhsul sakinlərin əsas dolanışıq yeridir. Son illər naməlum xəstəlik kənddəki şabalıd ağaclarına qənim kəsilib. Yaşından asılı olmayaraq ağaclarda quruma halları artıb. Analoji hal bölgənin digər rayonları, xüsusilə qəbələdə də müşahidə olunur. Meşə mühafizə idarəsinin əməkdaşı deyir ki, xəstəlik təkcə baş şabalıd kəndində 300 yaşıl ağacla bərabər, cavan tingləri də məhv edib.
Azərbaycanlı alimlər problemdən xəbardardır. Botanika İnstitutunun alimləri bölgədə vəziyyətlə yerində tanış olublar. Alimlər artıq 10 ilə yaxındır bu xəstəliyin öyrənilməsi və onunla mübarizə üzərində işləyirlər. Bəzi müalicə metodlarının tətbiqi nəzərdə tutulur. Baş Şabalıd kəndinin sakinləri problemdən çıxış yolunu hələ ki yeni tinglərin əkilməsində görürlər. Burada tarixən şabalıd toxum vasitəsilə artırılıb.
Qeyd edək ki, şabalıd ağacında xəstəlik yarandan sonra bazarlarda bu məhsulun qiymətində kəskin artım olub. Qış aylarında şabalıdın kiloqramı 11-15 manat olursa, yazda qiymət 20-22 manata qalxır. İndi şabalıd məhsulunun ən ucuz olan, yığılma mövsümüdur. Hazırda kənd sakinləri şabalıdın kiolqramını 2-3 manata satır. Ümümiyyətlə, şabalıdın azalmasında xəstəliklərlə yanaşı, insan amili də az rol oynamır. Keyfiyətli şabalıd ağaclarının tikinti materialları və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi bu nadir ağacların azalmasına səbəb olur. Dövlət öz növbəsində qırmızı kitaba düşən şabalıd ağacını Zaqatala qoruğunda mühafizə edir.
Əli Səmədov

13:00 / 11.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8497
Bu ay: 121717
Ümumi: 16435740
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın