/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Üzümçülüyə maraq artır

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədə üzümçülüklə bağlı emal müəssisələrinin sayının artması bu məhsulun becərilməsinə diqqəti artırıb. Şəmkirdə bu il də yeni üzüm plantasiyaları salınıb. Hazırda rayonda üzüm yığımı davam edir. Mütəxəssislər ötən ilə nisbətən bu mövsüm məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Üzümçülüyün inkişaf etdirmək üçün Şəmkirdə əlverişli coğrafi şərait olduğundan üzüm plantasiyaları ilbəil artırılır. Rayonda 526 hektar sahədə üzüm becərilir ki, onun 50 hektarı bu il salınıb. Fermerlər əsasən texniki sortlara üstünlük verirlər. Çünki bu növ üzümdən çəkilən Şəmkir şərabına yerli bazarlarla yanaşı, xarici bazarlarda da maraq böyükdür. Şəmkirdə bu il orta məhsuldarlığın ötən ilkindən çox olacağı proqnozlaşdırılır. Hər hektardan minimum 265 sentner üzüm götürməyi planlaşdıran təsərrüfat sahibləri məhsulun satışından də razıdırlar.
Məhsuldarlığın artması gələcəkdə yeni üzüm bağlarının salınmasına stimul verir. Əkilən üzüm sortlarına gəldikdə isə bunların arasında yerli sortlarla yanaşı, bir sıra xarici üzüm növləri də var. Həmin soortlardan əldə edilən nəticə uğurlu hesab edilsə də, rayonda gələcəkdə yerli üzüm sortlarının artırılması planlaşdırılır. Üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi bu sahəyə marağı bir qədər də artırıb. Proqrama uyğun olaraq yaradılan soyuducu anbarlar məhsulun dəyər-dəyməzinə stilmasının qarşısını alır. Şəmkir rayonunda ümumilikdə 4500 ton tutumu olan 5 soyuducu anbar var.
Nəzakət Ağayeva

16:00 / 02.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 8277
Bu ay: 298262
Ümumi: 14432623
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın