/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Güzəştli kreditləri elektron qaydada almaq olacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda sahibkarlar dövlətdən güzəştli kreditləri elektron qaydada alacaqlar. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun yeni layihəsinin və internet saytının təqdimatında məlumat verilib. Layihəyə əsasən, güzəştli kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək.
Müraciətlərə qanunvericiliyə uyğun qaydada baxıldıqdan sonra, müvafiq sənədlər elektron formada fonda təqdim ediləcək. Həmçinin qurumun layihə barədə rəyi onlayn qaydada müvəkkil kredit təşkilatlarına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək. Beləliklə, iş adamlarının güzəştli kredit almaq üçün müraciətindən başlamış, vəsaitin onun bank hesabına köçürülməsinədək - bütün proses elektron qaydada həyata keçiriləcək.
Sahibkarlar deyir ki, bu sahədə də elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin, şəffaflığın təmin edilməsi, iş adamlaryıla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bank nümayəndələri də hesab edirlər ki, layihə, biznesin daha səmərəli aparılmasına, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə və güzəştli kreditlərə çıxış imkanlarının asanlaşmasına öz müsbət təsirini göstərəcək.
Qeyd edək ki, bu ilin ötən dövrü ərzində fond tərəfindən 3527 sahibkara 245 milyon manatdan cox güzəştli kredit verilib. Bu kreditlər 10 200 yeni iş yerinin yaradılmasına imkan verəcək.

16:00 / 02.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 3890
Bu ay: 238795
Ümumi: 14373156
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın