/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pambıq yığımı sürətlənib

Şriftin ölçüsü:  11px13px15px17px

Bu il Goranboy rayonunda pambıq ötən illə müqayisədə az əkilsə də, məhsuldarlığın yüksəkliyi sahibkarların üzünü güldürüb. Havaların yaxın günlərdə yağmurlu keçəcəyi proqnozu fermerləri yığım işlərini sürətləndirməyə məcbur edib.
Bu mövsüm Goranboyda 1200 hektar sahədə pambıq əkilib. Bu göstərici 2012-ci illə müqayisədə 50 faiz azdır. Buna baxmayaraq, bu təsərrüfat ili məhsul bolluğu ilə fərqlənir. Tarlalardakı ağ qızılı toplamaq üçün əl əməyi ilə yanaşı, kombaynlar da tətbiq olunur. Son bir neçə ildə yeni xarici pambıq sortlarının yerli şəraitə uyğunlaşdırılması məhsuldarlığı yüksəldib. Qeyd edək ki, bitkinin becərilməsi, yüksək və keyfiyyətli məhsul əldə etmək üçün səpinin vaxtında aparılması da həlledici rol oynayır. Cari ildə fermerlər bu baxımdan çətinlik yaşayıblar.
Pambığın gec bitişi, həmçinin əlavə səpin məhsulun maya dəyərinə də təsirsiz ötüşməyib. Hələlik rayon ərazisində mövcud olan 3 kombayn məhsul yığımını yerinə yetirir. Digər tarlalarda isə pambıq əl əməyinin köməkliyi ilə toplanır.
Qeyri-sabit hava şəraiti məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Bununla yanaşı, yetişən məhsul itkiyə gedir, pambıq qozalarının açması ləngiyir. Bu halda təsərrüfat sahiblərinə vaxt itirmədən tarlalardakı məhsulu toplamaq qalır.
Elnur Tofiq

13:00 / 28.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 4428
Bu ay: 473134
Ümumi: 13297432
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın