/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Üzüm bağlarında xəstəlik yayılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Salyanın üzüm bağlarında xəstəlik yayılıb. Miqyası getdikcə artan xəstəlik fermerlərin yetişdirdiyi məhsulu zay edir. Belə getsə, özünəməxsus dadı və görkəmi ilə seçilən məşhur «Xələc» üzümü növbəti il azala bilər. Üzümçülərin “Qirmizi” xəstəlik adlandirdiği bu xəstəliyə daha çox rayonun Şəkərli kəndi ərazisindəki bağlarda rast gəlinir. Üzüm kollari inkişafdan dayanir və yarpaqlari qizardiqdan sonra quruyur.
3 ilə yaxindir bu xəstəliyə qarşi mübarizə aparsa da, nəticə görməyən təcrübəli üzümçü bildirir ki, xəstəliyin qarşisi vaxtinda alinmazsa, Salyandaki üzüm bağlari məhv ola bilər. Məsələ ilə bağli əlaqədar orqanlara da məlumat verilib. Sahələrə baxış keçirən mütəxəssislər bağlardaki duruma kök çürüməsi diaqnozu qoyublar. Vəziyyətdən çixiş yolu kimi isə bağlara mineral və üzvü gübrələrin daha çox verilməsi məsləhət görülüb. Lakin, bunun da nəticəsi olmayib.
Qeyd edək ki, “Xələc” üzümü adi ilə taninan salyan üzümləri keyfiyyətinə, xüsusən şirinliyinə görə digər rayonlarda yetişdirilən üzümlərdən fərqlənir. Bütün bunlara baxmayaraq üzümçülüklə məşğul olan torpaq sahibləri nikbindilər. Ağir zəhmət hesabina yetişdirdikləri məhsulu vaxtinda toplamağa çalişirlar. Ümumilikdə salyan bağlarindan artiq 5 min tondan çox üzüm yiğilib. Hazirda hər hektardan təxminən 12-15 ton arasi məhsul yiğilir ki, bu da əvvəlki illərlə müqayisədə 2-3 ton çoxdur.
Elman Əliyev

13:00 / 27.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 15239
Bu ay: 352749
Ümumi: 13177047
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın