/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Alma bol və keyfiyyətli, qiyməti isə ucuzdur…

Şriftin ölçüsü:  11px13px15px17px

Bu mövsüm Qubada alma boldu. Amma məhsuldarlığın yüksək olması heç də bağbanların ürəyincə deyil. Çünki almanın hazırkı satış qiyməti onları qane etmir.
10 gündür ki, Quba bağlarında xüsusi bir canlanma yaşanır. Bağbanlar böyük zəhmətlə yetişdirdikləri almanı vaxtında, itkisiz yığmağa çalışırlar. Rayonun Ağbil kənd sakini Abubəkir Məcidovun sözlərinə görə, 1 hektar bağından ötən il 20 ton alma əldə etmişdisə, bu mövsüm məhsul 25 faiz çoxdur. Təsərrüfat sahibi bu məhsulu satmağa alıcı tapa bilmir. Bağbanlar deyir ki, bu il məhsulun keyfiyyəti də çox əladı. Buna baxmayaraq indi almanın bir kiloqramını onlardan 30 qəpiyə istəyirlər. Almanı bu qiymətə satmaq isə ona çəkilən xərcləri ödəyə bilmir.
Qeyd edək ki, əla növ meyvə daxili bazarlara və qonşu Rusiyanın satış mərkəzlərinə çıxarılır. Yerdə qalan məhsul emal müəssisəsinə satılır. Bəzi bağbanlar isə meyvəni soyuducu anbarlarda saxlamaqla qış aylarında satmağa üstünlük verir. Təsərrüfat sahibləri emal müəssisələrinin meyvəni ucuz almasından, saxlama kameralarının göstərdiyi xidmətin isə baha olmasından gileylənirlər.
Bu mövsüm almanın qiymətinin aşağı olmasının bir səbəbi də məhsulun bolluğu ilə əlaqələndirilir. Mütəxəsislərin fikirincə, bütün hallarda əgər bağbanlar məhsulunu sərfəli qiymətə satmaq istəyirlərsə, gözləməlidirlər. Öz meyvələrini soyuducu anbarlarda və həyətlərindəki xüsusi yerlərdə saxlamaq şərtilə.
Yusif Mahmudov

13:00 / 21.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 41
Bu gün: 8024
Bu ay: 298009
Ümumi: 14432370
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın