/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Qarğıdalı tədarükündə ən yüksək məhsuldarlıq qeydə alınıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ağcabədidə qarğıdalı bitkisinin tədarükü zamanı ölkənin kənd təsərrüfatı tarixində ən yüksək məhsuldarlıq qeydə alınıb. Dövlət başçısının tapşırığı ilə ötən il yaradılan özəl pilot təsərrüfatda hazırda biçin işləri davam etdirilir. Özəl taxılçılıq təsərrüfatı Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yaradılıb. İlk dəfə əkin işləri aparılan sahələrdə taxıldan əldə olunan rekord göstərici, qarğıdalıda da təkrarlanıb.
Təsərrüfatın 4800 hektar ərazisinin 2 min hektarında qarğıdalı əkilib. Bu, ölkədə ən böyük sahəni əhatə edən qarğıdalı əkinidir. Tam elmi əsaslara söykənən müasir aqrotexniki becərmə işləri sayəsində qarğıdalı sahələri yüksək vegetasiya dövrü keçib. Qarğıdalı bitkisinə dövlətin xüsusi diqqət ayırması təsadüfi deyil. Bu məhsuldan əldə olunan yağlara tələbatın artması, həmçinin, ölkədə quşçuluq və maldarlığın inkişafı qarğıdalı əkinlərinin genişləndirilməsini zəruri edir. Bu səbəbdən Sahibkarlığa Kömək Milli Fondu bu sahədə fəaliyyət göstərən sahibkarlara kredit verməyi davam etdirəcək.
Təsərrüfatda məhsulu itkisiz toplamaq üçün xaricdən gətirilən müasir texnikalardan istifadə edilir. Mütəxəssislər qarğıdalıdan bir ildə iki dəfə məhsul götürməyə çalışırlar. Gələcəkdə bu ərazidə min başlıq müasir heyvandarlıq kompleksinin və qabaqcıl texnologiyalara əsaslanan bitki yağları istehsalı zavodunun inşası nəzərdə tutulur. Bu, 400 nəfərədək sakinin işlə təmin olunmasına şərait yaradacaq. Hazırda isə təsərrüfatda 150-dək yerli sakin və məcburi köçkün işlə təmin olunub ki, onların orta aylıq əmək haqqı 350 manat təşkil edir.
Habil Aslanoğlu

13:00 / 20.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 6213
Bu ay: 134835
Ümumi: 14269196
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın