/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start verildi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası işinə başlayıb. Sərgiyə Azərbaycanın 47 şəhər və rayonundan 320 arıçı qatılıb. Balın qiyməti də artıq müəyyənləşdirilib. Ötən illərdə oluduğu kimi bu il də 1 kq balın qiyməti 15 manatadır.
Yarmarka dənizkənarı bulvarın yaxınlığında yerləşən dəniz vağzalının binasında keçirilir. 15 cı respublika sərgi satış yarmarkasına ümumilikdə 500 ton bal, 40 kq çiçək tozu , 3 kq arı südü və 10kq vərəmum çıxardılıb.
Arıçılar deyir ki bu il yaz fəslində havaların sabit keçməsi məhsuldarlığa müsbət təsir göstərib. Ata babadan arıçı olan rəsul mirzəyev deyir ki bu il lerikdə yaxşı bal olub səbəb isə arıları mövsüm boyunca dağa-arana daşımaq olub ki bu da öz növbəsində müsbət nəticə verib Yarmarkada nə cür bal istəsən tapa bilərsən. Dağ balı , çəmən balı ,akasiya, qaratikan çökə ,süzbə bal ,arı şanı , çiçək tozu, vərəmum və digər arıçılıq məhsulları satışda çoxluq təşkil edir.
Balın çoxluğu isə alıcıların ürəyincə idi.
Arıçılıq məhsullarının sərgi satış yarmarkası oktyabrın 5 dək davam edəcək. Yarmarka çərçivəsində elmi praktik konfransların keçirilməsi və təcrübə mubadiləsinin aparılmasıda nəzərdə tutulub. Balın təmizliynə gəldikdə isə aldığınız balın heç olmasa dadına baxıb sonra alın. Əgər bal doğurdanda keyfiyyətlidirsə mütləq boğazınızı qıcıqlandırmalıdır. Yox əgər qıcıqlandırmırsa deməli şirədir. Bunu da unutmayın ki nə qədər ciddi tədbirlər görülsə də yarmarkaya keyfiyyətsiz bal çıxaranlar var. Çalışın diqqətli olun bəzi işbazlar sizə ukrayna Rusiya və İrandan gətirilmiş keyfiyyətsiz balı yerli bal adı ilə satmasınlar
İlqar Qulusoy

19:00 / 05.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 355
Bu ay: 362086
Ümumi: 13186384
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın