
Yaxın gələcəkdə biləsuvarlılar nar istehsalına görə, deyəsən göyçaylıları arxada qoyacaqlar. Belə ki, narçılıq Biləsuvar üçün ənənəvi sahə olmasa da, bu rayonda nar bağları ilbəil artır.
Bu sahənin genişlənməsinə Sahibkarliğa Kömək Milli Fondu da öz güzəştli kreditləri ilə dəstək olub. Bunun nəticəsidir ki, son 3 ildə biləsuvarda min hektara yaxın ərazidə nar tingləri əkilib. Yeni nar bağlarinin böyük hissəsi indiyədək əkin işlərinin aparilmadiği sahələrdə salinib.
Fermerlər deyir ki, biləsuvarda bu vaxta kimi narçiliqla geniş şəkildə məşğul olunmasa da, bu torpaqlar narin bol və keyfiyyətli məhsul verməsi üçün əlverişlidir. Bununla belə, bağ sahibləri daha çox məhsul götürmək üçün xarici nar sortlari əkməyə üstünlük verirlər.
Ümumiyyətlə, dövlətin bu sahə ilə məşğul olan fermerlərə göstərdiyi dəstəyin nəticəsi olaraq, narçiliq Biləsuvarda kompleks şəkildə inkişaf etdirilir. Yetişdirilən məhsulu uzun müddət saxlamaq üçün güzəştli kredit hesabina rayonda 3 min tonluq saxlama kamerasi inşa edilərək istifadəyə verilib.
Elman Əliyev
13:00 / 04.09.2013