/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pomidor sahələri genişləndirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Xaçmazda tərəvəzçiliyə maraq yenidən artıb. Mütəxəssislərin proqnozuna görə, bu mövsüm rayonda 5 min hektar sahədə tərəvəz bitkiləri əkiləcək. Bu isə ötən illə müqayisədə 20 faiz çoxdur. Xudat sakini Vasif Rəcəbov da artıq iki ildir ki, yenidən tərəvəz yetişdirməyə başlayıb. Amma bu sahədə uzun təcrübəsi olan təsərrüfatçını hazırda əkdiyi sortlar qane etmir.
Xaçmaz hələ keçmiş Sovetlər dönəmindən tərəvəzçilik rayonu kimi təşəkkül tapıb. Bu rayonda yetişdirilən müxtəlif tərəvəz bitkiləri, əsasən də pomidor daxili təlabatı ödəməklə yanaşı, qonşu Rusiya bazarlarına da geniş miqyasda ixrac olunurdu. Bir sözlə, Xaçmaz pomidoru öz adı və keyfiyyəti ilə şöhrət tapmışdı.
Bu sortu yenidən yetişdirməyə başlayan təsərrüfat sahiblərindən biri də Gülbəniz Rəcəbovadır. O, köhnə toxumun məhsuldarlığına və keyfiyyətinə güvənir.
Pomidor sahələrini artıraraq, yüksək məhsul tədarük edən əkinçiləri bir məsələ narahat edir - məhsulun satışı. Təsərrüfatçılar yığdıqları pomidoru rayonda yeganə olan emal müəssisəsinə vermək üçün bəzən günlərlə növbə gözləməli olurlar. Amma, deyəsən, bu problem də yaxın zamanlarda aradan qalxacaq.
Bu mövsüm rayonda 3 min hektar sahədə pomidor əkilməsi gözlənilir. Bu isə son 20 ildə ən yüksək göstərici sayılır. Mütəxəssislər hesab edir ki, yeni emal müəssisələri yaradılarsa, ümumilikdə 5 min hektara yaxın tərəvəz bitkiləri əkilən xaçmazda bu rəqəmi 6-7 minə çatdırmaq mümkündür.
Yusif Mahmudov

13:00 / 29.05.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 254
Bu ay: 29192
Ümumi: 17249645
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın