/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Mərakeş çəyirtkələri 10 min hektar sahəni məhv edib

Şriftin ölçüsü:  11px13px15px17px

Qazax, Ağstafa və Tovuz rayonlarının Ceyrançöl ərazisi çəyirtkələrin hücumuna məruz qalıb. Qısa müddət ərzində həşəratlar min hektarlarla sahəni məhv edib. Ciddi fəsadlar yaranmasın deyə çəyirtkələrlə mübarizə tədbirlərinə başlanıb. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.
Mərakeş çəyirtkələrinin taxil və digər sahələrə ziyan vurmaq ehtimalı var. Kiçik olmasina baxmayaraq sürü şəklində gəzən həşəratlar hektarlarla sahəni, sadəcə, bir neçə dəqiqədə məhv etmək qabiliyətinə malikdir. Bu səbəbdən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi bir neçə gündür ərazidə dərmanlama işlərinə başlayıb. Sahələr dərmanlandiqdan yarim saat sonra ziyanvericilər məhv olmağa başlayir. Mütəxəssislər bildirir ki, «Mərakeş» çəyirtkəsi əsasən yaz aylarinda üzə çixir. Ölçüsü 3-5 santimetr arasinda dəyişən ziyanvericilər mayin əvvələrində fəaliyyətə başlayir. Onlar 35-70, bəzən də 250 kilometr məsəfadə miqrasiya edə bilirlər. Cəyirtkələr ceyrançöl ərazisində artiq 10 min hektar sahəni məhv edib.
Qeyd edək ki, «Mərakeş» çəyitkrələri, əsasən, Iran, Gürcüstan və işğal atinda olan ərazilərimizdən miqrasiya edir. Hazirda buna qarşı da lazimi tədbirlər görülür. Ümumiyyətlə isə, kənd təsərrüfatina dəyəcək ziyanin qarşisini almaq üçün çəyirtikələrin yumurtalama dövründə mübarizə aparilmalidir.
Nəzakət Ağayeva

13:00 / 28.05.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 243
Bu ay: 29181
Ümumi: 17249634
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın