/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Mal-qaranın cins tərkibinin dəyişdirilməsinə ehtiyac var

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkə kənd təsərrüfatının əsas sahələrindən sayılan maldarlıqda ciddi dəyişiklik gözlənilir. 2017-ci ilədək istər xaricdən gətirilən cins mallar, istərsə də yerli heyvanların süni mayalanması hesabına mal-qaranın cins tərkibinin 80 faizədək dəyişdirilməsi planlaşdırılır. Bununla da kənd təsərrüfatı rayonlarında süd və ət istehsalında məhsuldarlıq yüksək həddə çatdırılacaq.
Azərbaycanda inək və camış cinslərinin cırlaşması prosesi sürətlənib. Bunun nəticəsində ölkədə ət və süd məhsulları istehsal edən müəssisələrdə problemlər yaranmağa başlayıb. Amma bəzi müəssisələr bu çətinliklərdən çıxış yolunu tapıb. Onlar artıq 4 ildir ki, xaricdən gətirilən cins inəklər bəsləyir, onlardan balanı isə süni mayalanma yolu ilə əldə edirlər. Həmin təsərrüfatlardan biri beyləqan rayonunda yerləşir. Mütəxəssislər hesab edirlər ki, heyvanların cinsinin dəyişdirilməsi mütləqdir.
Süni mayalanma prosesi təsərrüfatda məhsuldarlığı artırmaqla yanaşı, həm də bəzi yolxucu xəstəliklərin qarşısının alınmasına kömək edir. Fermer Elşən Aslanov deyir ki, Azərbaycanda ot və yem məhsullarının keyfiyyəti yüksək olduğundan qısa müddətdə istənilən hədəfə çatmaq olur. Bu sahədə ölkə fermerlərinin maarifləndirilməsinə ehtiyac var. Elə Kənd Təsərrüfatı Nazirliyinin Bərdədə təşkil etdiyi sərgi də bu məqsədi daşıyıb. Sərgidə süni mayalanma yolu ilə alınan buzovlar bölgə fermerlərinə nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, süni mayalanma yolu ilə əldə edilən hər balaya dövlət tərəfindən subsidiya verilməsi gözlənilir. Artıq bununla bağlı layihə hazırlanır.
Habil Aslanoğlu

13:00 / 29.04.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 1059
Bu ay: 416288
Ümumi: 17185621
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın