/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Yazda pambıq yığılır?

Şriftin ölçüsü:  11px13px15px17px

Ağcabədinin Qaraxanlı kəndində pambıq yığımına başlanıb. Bəli, səhv eşitmədiniz. İlin bu mövsümündə sakinlər iki gün ərzində 4 tonadək pambıq toplayıb. Amma tədarük məntəqələrində pambıq qəbulu olmadığından məhsulu hara təhvil verəcəklərini bilmirlər. Aprel ayının əvvəli olmasına baxmayaraq tarlalardan pambıq toplanılır. Elə düşünməyin ki, yeni pambıq növü kəşf olunub. Sadəcə ötən ildən becərilən məhsul tarlalarda qalıb. Pambıqçılar payızda yığmalı olduqları məhsulu indi toplayır. Ağdamdan məcburi köçkün Gültəkin Abdullayeva deyir ki, keçən mövsüm becərdiyi pambıq sortunun gec yetişməsi və havaların yağmurlu keçməsi məhsulun sahələrdə qalmasına səbəb olub. Amma onlar özləri də ağ qızılın bir il boyunca sahələrdə qalmasına inanmayıblar. Qışın quraq və isti keçməsi, məhsulu zay olmaqdan qoruyub. Onlar məhsulu topladıqdan sonra həmin sahələrə yenidən pambıq əkmək niyyətindədirlər. Havalar isti keçsə, bunun öhdəsindən gələ biləcəklərinə inanırlar. Habil Aslanoğlu

19:00 / 03.04.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1438
Bu ay: 416667
Ümumi: 17186000
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın