/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Heyvandarlığın inkişafı üçün beynəlxalq layihələr həyata keçiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədə heyvandarlığın inkişafını sürətləndirmək üçün Türkiyə təcrübəsindən də istifadə olunacaq. Bununla bağlı iki ölkənin kənd təsərrüfatı nazirləri səviyyəsində əldə olunan razılaşmanın icrası istiqamətində artıq işlərə başlanıb. Türkiyəli mütəxəssislər azərbaycana ezam olunublar. Salyan rayonundakı müasir heyvandarliq komplekslərində olan qardaş ölkənin mütəxəssisləri Biləsuvar, Salyan və neftçalali fermer və süni mayalanma həkimləri ilə treninq keçiriblər. Mövcud durumu öyrənən qonaqlar Azərbaycanda heyvandarliğin inkişafi üçün potensial imkanlarin geniş olduğunu bildirsələr də, indiki halda bundan düzgün istifadə olunmadığını qeyd ediblər. Türkiyəli mütəxəssislərin fikrincə bu sahənin rentabelli olmasi üçün süni mayalanma işlərinə xüsusi diqqət yetirilməlidir. Qeyd edək ki, heyvandarliğin kompleks şəkildə inkişafini təmin etmək məqsədi ilə bu il beynəlxalq səviyyəli daha iki layihənin icrasina başlanilacaq. Layihələr Türkiyə Kənd Təsərrüfati Nazirliyinin maliyə dəstəyi ilə BMT-nin kənd təsərrüfati və ərzaq təşkilati tərəfindən həyata keçiriləcək. Beynəlxalq ekspertlərin nəzarəti altinda icra olunacaq layihələr iki il davam edəcək. Layihəyə əsasən bu müddətdə heyvandarliq məhsullarinin artirilmasi, heyvanlarin genetik ehtiyatlarinin qorunub saxlanilmasi və daha da inkişaf etdirilməsi işləri görüləcək.
Elman Əliyev

13:00 / 23.02.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 7136
Bu ay: 120356
Ümumi: 16434379
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın