/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Plansız əkinlər fermerlərə və dövlətə ziyan vurur

Şriftin ölçüsü:  11px13px15px17px

20 ildən çoxdur torpaqların kəndlilərə paylanmasına və ya icarəyə verilməsinə baxmayaraq, fermerlər hələ də planlı əkin həyata keçirmir. Bu da onların becərdiyi məhsulun əldə qalmasına, yaxud maya dəyərindən aşağı satılmasına səbəb olur. Əmir Mehdiyev Ağdamdan məcburi köçkün düşüb. Hazırda məskunlaşdığı Tərtər rayonunda 20 hektaradək torpağı icarəyə götürüb becərir. Fermer ötən mövsümdə çuğundur, taxıl, yonca və kök əkib. Əldə etdiyi məhsullardan yalnız kökü satmaqda çətinlik çəkir. Fermerin becərdiyi torpağın özünə məxsus olmaması onu ehtiyatlı davranmağa vadar edir. Əkin müxtəlifliyi yaratdığı üçün Əmir Mehdiyev bu mövsüm müflisləşməkdən xilas olub. Əslində öz torpağında məhsul yetişdirənlər də yüz ölçüb, bir biçməlidirlər. Hər dəfə bütün əkin sahəsinə eyni toxumu səpmək bu günkü bazara görə böyük riskdir. Mütəxəsisslər hesab edirlər ki, fermerlər əkəcəyi toxumu yerli icra orqanlarında kənd təsərrüfatı işçiləri ilə mütləq məsləhətləşməlidirlər. Onlar eyni zamanda bölgələrdə yaradılan soyuducu anbarlardan istifadə etməlidirlər. Plansız səpin işlərinin aparılması təkcə kəndlini müflisləşdirmir. Bundan həm də dövlətə ziyan dəyir. Təkcə Ağdamın işğal olunmayan ərazilərində 28 min 249 hektar torpağın suvarma işlərinə görə, dövlət iki milyon yarım manatadək vəsait xərcləyir. Qeyd edək ki, Ağdamın əkinlərinin əsasını soğan sahələri təşkil edir – 10 min hektara yaxın. Ötən il bu məhsulun 25 min tondan çoxu, bu il isə 10 min tona yaxını kəndlinin əlində qalıb. Kənd təsərrüfatındakı bu uğursuzluğun aradan qaldırılması üçün bazarın öyrənilməsi, mövsümə uyğun analiz aparılması, bir sözlə, işə savadlı yanaşılması çox vacibdir.
Habil Aslanoğlu

13:00 / 24.01.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 6994
Bu ay: 120214
Ümumi: 16434237
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın