/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Taxıl sahələrində zərərvericilər yayılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Qış fəsli olmasına baxmayaraq, havaların isti keçməsi əkin sahələrində zərərvericilərin çoxalmasına səbəb olub. Mütəxəssislərin apardığı hesablamalara görə, taxıl böcəyi adlı ziyanverici artıq 17 min hektar taxıl sahəsinə yayılıb. Vəziyyətin təhlükəli olduğunu görən respublika bitki mühafizə mərkəzi mübarizə tədbirlərinə başlayıb. Ölkə ərazisindəki taxıl sahələrinin səkkiz min hektarı təhlükəli ərazi elan edilib. Payız aylarından müşahidə olunan böcəyə qarşı mübarizə aparılsa da, havaların isti keçməsi onların yenidən artmasına səbəb olub. Lakin, mütəxəssislər bildirir ki, aqrotexniki qaydalar, şum, səpin və ötən ilin bitki qalıqlarının təmizlənməsi vaxtında həyata keçirilərsə taxıl böcəyinin olma ehtimalı sıfıra düşür. Taxıl böcəyi kütləvi yayılmış sahələrdə mübarizə tədbirləri görülməzsə, məhsuldarlıq 80 faiz aşağı düşə bilər. Hazırda respublika bitki mühafizə mərkəzi tərəfindən Beyləqan rayonunun haramı düzü adlanan ərazisindəki taxıl sahələrində dərmanlama işləri aparılır. Havaların isti keçdiyi müddətcə dərmanlama işləri davam etdiriləcək. Əgər bütün qış boyu temperatur yüksək olarsa, yazda yenidən kimyəvi mübarizə tədbirləri aparılacaq. Habil Aslanoğlu

19:00 / 23.01.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 7353
Bu ay: 120573
Ümumi: 16434596
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın