/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Əhalinin gəlir əldə etmək imkanları artırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən il kənd təssərüfatı sahəsində 5,8 faiz artım əldə olunub. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsal zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Bu il başa çatdırılması nəzərdə tutulan «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı»-ı yerlərdə uğurla icra olunur. Proqram çərçivəsində hökumətin əsas prioriteti yoxsulluğun tamamilə aradan qaldırılmasıdır.
2012-ci ildə 117 min yeni iş yerinin açılması ilə ölkədə işsizliyin səviyyəsi 5,2 faizə düşüb. Bu da yoxsulluğun 2001-ci ildəki 49 faizdən 6 faizə enməsinə səbəb olub. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ötən il ümumdaxili məhsul artımı 2,2 faiz təşkil edərək 54 milyard manata çatdırılıb. Hökumət yoxsulluqla mübarizə sahəsində ilk növbədə əhalinin gəlir əldə etmək imkanlarını artmağı qarşıya məqsəd qoyub.
2012-ci ildə ayrı-ayrı sahələrlə yanaşı sənayenin inkişafında da artım olub. Qeyri-neft sahəsinin dinamik inkişafı nəticəsində 7,8 faizlik artım qeydə alınıb. Ölkədə sənaye parklarının yaradılması ilə iqtisadiyyatın daha da modernləşməsi, rəqabət qabiliyyətliliyin arıtırılması, innovativ iqtisadiyyatın formalaşması, qeyri-neft ixracının güclənməsinə şərait yaradılacaq. Ötən il ərzində yüzədək sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inkişafının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında vacib rol oynayıb. Ötən il ərzində 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilib. Bu da təqribən 60 faiz qaytarılan vəsait hesabına həyata keçirilib. Verilən kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye və turizmin inkişafına ayrılıb. Həmin kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012-ci ildə nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə 18 layihə üzrə işlərə başlanılıb. Bu işlərin 2013-cü ildə tam başa çatdırılması nəzərdə tutulur. Ötən il ərzində hökumət Bakı şəhəri və onun qəsəbələrinin də sosial-iqtisadi inkişafına nail olub. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə 199 sahibkara 37,1 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 1500-dək yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyində hesab edirlər ki, 2012-ci ildə əldə olunan uğurlar 2013-cü ildə də iqtisadi inkişaf tempinin saxlanacağını deməyə əsas verir.

Günel Şahmalıqızı

19:00 / 22.01.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 8309
Bu ay: 121529
Ümumi: 16435552
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın