/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Zərərvericilər alma bağlarını məhv edir

Şriftin ölçüsü:  11px13px15px17px

Quba bağlarına xəstəlik və zərərvericilər qənim kəsilib. Bağbanlar onlara qarşı mübarizə aparmaqda aciz qalıblar. Bu mövsüm Quba bağlarında alma boldu. Bunu bağları gəzdikdə də görmək mümkündür. Lakin ağacdakı məhsulun əsas hissəsini qurd vuraraq bu vəziyyətə salıb. Uzun illərdi bağçılıqla məşğul olan Muradxan Hacıyev deyir ki, ilk dəfədir zərərvericilərin bu qədər çox olması ilə rastlaşır. O, 2 hektar 40 sot alma bağında bütün aqrotexniki qulluğu, dərmanlamanı vaxtında aparıb. Amma, bu tədbirlər almada qurdun yayılmasının qarşısını almayıb. Almalar budaqdaca çürüyür, yaxud quruyaraq yerə tökülür. Bağbanlar bunun səbəbini xəstəlik və zərərvericilərə qarşı istifadə etdikləri kimyəvi pereparatların keyfiyyətsiz olmasında görürlər. Problem mütəxəssisləri də narahat etməyə başlayıb. Kimyəvi pereparatların satışı isə müxtəlif fərdi şəxslər və bölgədə fəaliyyət göstərən bir şirkət tərəfindən həyata keçirilir. Onlar dərmanların keyfiyyətsiz olması ittihamı ilə razılaşmırlar. Bağbanların, hələ də bu vasitələrdən düzgün istifadə etmədiklərini deyirlər. Hazırda bağbanlar 25-30 faizi zaya çıxan məhsulun bir yeşiyini 50-60 qəpiyə emal müəssisəsinə təhvil vermək məcburiyyətindədirlər. Əla növ almanın isə kiloqramı 30 qəpik təşkil edir.
Yusif Mahmudov

13:00 / 25.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 14941
Bu ay: 43879
Ümumi: 17264332
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın