/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Çəltik biçini başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ağdaş rayonunda çəltik biçini başlayıb. Ötən illərdən fərqli olaraq bu il sahibkarlar məhsulun maya dəyərini aşağı salmaq üçün yığımda yeniliklər tətbiq edirlər. Əvvəllər əl ilə biçilən bitki dərzlənərək tayalara yığılırdı. Quruduqdan sonra isə kombaynla döyülüb çəltik vəziyyətinə gətirilirdi. Bu il isə sahibkarlar bütün bu prosesləri birbaşa kombaynların köməyi ilə həyata keçirirlər. Bu təsərrüfat ili Ağdaş rayon ərazisində 1130 ha çəltik əkilib. Qeyd edək ki, həm dövlət tərəfindən ayrılan subsidyalar, həm də məhsulun satışının asan olması rayonda bu sahəyə marağı ilbəil artırır. Məhsul kombaynlarla toplandıqdan sonra sonuncu mərhələdə xüsusi dəyirmanda üyüdülərək düyü halına salınır. Hər hektara 75-80 sentner çəltik əldə edən sahibkarlar məhsulun kloqramını təqribən bir manata satırlar. Çəltiyin küləşi isə heyvandarlıqda yemi kimi istifadə olunur. Bitkinin daha bir faydası isə əkildiyi torpaqları münbitləşdirməsidir. Hazırda Ağdaşda düyünün digər növü, el arasında uzun düyü adlandırılan sortu da sınaq üçün becərilir. Əgər bu çəltik növü də əraziyə uyğunlaşsa, gələn ildən etibarən onun da kütləvi əkininə başlanacaq. Elnur Tofiq

13:00 / 24.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 717
Bu ay: 29655
Ümumi: 17250108
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın