/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Fermerlərə dövlət güzəştlərinin verilməsi qaydaları dəyişir

Şriftin ölçüsü:  11px13px15px17px

Kənd təsərrüfatı istehsalçılarına subsidiya və dotasiyaların verilməsi yekunlaşmaq üzrədir. Fermerlər bu sahədə müəyyən çətinliklərin olduğunu deyir. Hökumət yaxın vaxtlarda kəndliləri sevindirəcək. Bu sahədə yeni qaydalar hazırlanır. Qısa vaxt ərzində fermerlərin çox hissəsi dövlətin onlara verdiyi birdəfəlik yardımı alıb qurtarıblar. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, 2012-ci il üçün 60 şəhər və rayon üzrə 399 min kəndli subsidiyalardan yararlanacaq. Maliyyə Nazirliyi bu məqsədlə 56,7 milyon manat vəsaiti artıq fermerlərin bank hesablarına köçürüb. Fermerlərə hər hektar əkin sahəsi üçün 40 manat ödənilir. Bağban Bilal Əliyev ömrünü təsərrüfata sərf edib. Onun sözlərinə görə dövlətdən aldığı təmənnasız yardımları alma bağlarının genişləndirilməsinə xərcləyir. Bağban Bilal da ona çatan məbləği alıb. İndi onun məqsədi təsərrüfatını daha da artırmaqdır. Bunun üçün isə o subsidiyanın məbləğinin artırılması və sənədləşmədəki çətinliklərin aradan qaldırılmasnı təklif edir. Fermer Polad Bədəlov taxıl yağımını sona çatdıraraq, payız şumuna başlıyıb. Amma bir problemi var. Gübrə almaq üçün vəsaiti çatmır. Dövlət tərəfindən ona satılan gübrənin verilmə şərtlərində dəyişiklik olmasını istəiyir. «Aqrolizinq» Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov narahatçılığa ehtiyac görmür. Güzəştlərlə bağlı yeni qaydalar hazırlanır. Onun sözlərinə görə, dövlət başçısı bununla bağlı aidiyyatı qurumlara göstərişlərini verib. Yeniliklər əsasən, sənədləşmədəki problemləri, bəzi bürokratik əngəlləri aradan qaldırmağa yönəlib. Sənədə əsasən, mineral gübrələrin çatdırılması mexanizmində də dəyişikliklər olacaq. Yaxın günlərdə iqtisadi inkişaf, kənd təsərrüfatı və maliyyə nazirlikləri bir araya gələrək,layihənin son variantını hazırlayacaq.
Rasim Şərifov

10:00 / 21.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1001
Bu ay: 29939
Ümumi: 17250392
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın