/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub

Şriftin ölçüsü:  11px13px15px17px

«Azərbaycan artıq orta gəlirli ölkələr sırasına daxil olub. Ötən 6 ayın iqtisadi nailiyyətləri belə deməyə əsas verir. Hədəf yüksək gəlirli ölkələr cərgəsində yer almaqdır». Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında belə deyib.
Valyuta ehtiyatlarımız 44 milyard dollara çatıb. Xarici dövlət borcumuz ümumdaxili məhsulun 7 faizi həcmində saxlanıb. Bu isə dünyanın çox az ölkəsinə nəsib olub. Amma, sənayedə istehsal 3 faiz düşüb. Səbəb, neft hasilatının azalmasıdır. Lakin sənayenin qeyri-neft sektorunda 8,3 faiz artım qeydə alınıb. Ümumilikdə, ötən 6 ayda neftdən kənar sahələrdə 11,3 faiz inkişaf olub. Ən çox artım kənd təsərrüfatında baş verib – 10,4 faiz. Makroiqtisadi sabitlik qorunub saxlanıb. Əhalinin pul gəlirlərinin 14,2 faiz artmasına baxmayaraq, inflyasiya cəmi 2,2 faiz olub. Regjionların inkişafı da diqqətdən yayınmayıb. Bölgələrdə 46 min yeni iş yeri yaradılıb. Dünyanın aparıcı reytinq təşkilatları - «Standard ənd puurs», «Fiç» və «Mudis»-də bu müdət ərzində ölkəmizin kredit reytinqini artırıb. Qısası, Azərbaycan artıq orta gəlirli ölkələr sırasına daxil olub.
Hədəfimiz yüksək gəlirli ölkələr cərgəsində yer tutmaq, dünyada dərinləşən maliyyə-iqtsitadi böhran fonunda dinamik artımı qoruyub saxlamaqdır. Dövlət başçısı bununla bağlı aidiyyatı qurumlara göstərişlər verib: inflyasiyanın səviyyəsi və manatın məzənnəsi qorunub saxlanılmalı, iqtisadi islahatlar genişləndirilməli, və nəhayət biznes iqlimi yaxşılaşdırılmalıdır. İlk növbədə korrupsiya və rüşvətxorluq kimi bəlaya son qoyulmalıdır.
2012-ci ildə qarşıda duran əsas vəzifələrdən biri də Tanap layihəsinin reallaşdırılması istiqamətdə işləri sürətləndirmək olacaq.

19:00 / 12.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12924
Bu ay: 422340
Ümumi: 13911956
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın