/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Ermənistan iqtisadiyyatı iflasa uğrayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan dünyanın ən pis iqtisadiyyata malik ikinci ölkəsidir. Beynəlxalq Valyuta Fondunun hesabatında belə deyilir. Əhali isə ölkəni sürətlə tərk edir. Ekspertlər hesab edir ki, çarə tapılmasa, Sarkisyan iqtidarı vaxtından əvvəl kürsüsü ilə vidalaşmalı olacaq Ermənistan iqtisadiyyatı iflasa uğruyub. Bu, beynəlxalq təşkilatların araşdırmalarında da öz əksini tapıb. Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir ki, Ermənistan dünyanın ən etibarsız iki ölkəsindən biridir. Səbəb, hökumətin ölkəni 2009-cu il maliyyə-iqtisadi böhranından çıxarmaq üçün heç nə etməməsidir. 2012-ci ilin yanvar-fevral aylarında bu ölkədə iqtisadi tənəzzül, inflyasiya və iş yerlərinin ixtisarı davam edib. Korrupsiya halları çoxalıb. İqtisadiyyat bir neçə məmurun əlində cəmlənib. Yerli ekspertlər 2012-ci ildə Ermənistana daha böyük problemlər vəd edir. MDB Statistika Komitəsinin 2011-ci il üzrə hesabatına görə, ermənistan inflyasiyanın həcminə görə, keçmiş ittifaq ölkələri arasında ilk beşlikdədir. Qeyd edək ki, bu sənəddə ən aşağı inflyasiya göstəricisi Azərbaycanda qeydə alınıb. Əhali çıxış yolunu ölkəni tərk etməkdə görür. Bu gün Ermənistanın bir sıra bölgələri boşalıb. Ölkənin Miqrasiya Komitəsi artıq həyəcan təbili çalır. Əhalinin əksəriyyəti gündəlik tələbatını qarşılamaq üçün ölüm – dirim mübarizəsi aparır. Paytaxt İrəvanda evsizlərin sayı artıb. Ermənistan iqtidarı isə əhalinin rifah halını yaxşılaşdırmaq üçün heç nə etmir. Əksinə, problemin qarşısını repressiv metodlarla almağa çalışır. Ekspertlərin proqnozlarına görə, sosial gərginlik daha da artsa, Serj Sarkisyan iqtidarı nəinki yenidən hakimiyyətə gələcək, əksinə, kürsüsü ilə vaxtından əvvəl vidalaşmalı olacaq.

13:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 1929
Bu ay: 151670
Ümumi: 14286031
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın