/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Alternativ enerji ilə bağlı qanun hazırlanır

Şriftin ölçüsü:  11px13px15px17px

2020-ci ilədək ölkədə istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı indiki 2,3 faizdən 9,7 faizə çatdırılacaq. Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Məlikovun «Lider» televiziyasına bildirib ki, Milli Məclisdə «Alternativ enerji haqqında» qanun laiyhəsi qəbul olunandan sonra ölkədə sahibkarlıq subyektləri və fərdi təsərrüfatlar alternativ enerjidən istifadə edə biləcək. 2020-ci ilədək ümumi həcmi 2500 meqavat olan yeni enerji istehsal güclərinin formalaşması hesabına istehslakın ümumi həcmində alternativ enerjinin payının artırılması planlanlaşdırılır. Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Məlikovun sözlərinə görə, 2020-ci ilədək ölkədə istehsalın ümumi həcmində alternativ enerjinin payı indiki 10 faizdən 20 faizə çatdırılacaq. Ötən ilin yekunları üzrə bunun 9,8 faizi su elektrik stansiyalarının, qalanı isə digər növlərin payına düşür. Alternativ enerji haqqında qanun layihəsi qəbul olunduqdan sonra ölkədə sahibkarlıq subyektləri və fərdi təsərüfatlar alternativ enerjidən istifadə edə biləcək. Cəmil Məlikovun sözlərinə görə, hazırda qanun layihəsi üzərində iş gedir. Sənəd tam təkmil formaya salınandan sonra hökumətə təqdim olunacaq.

16:00 / 14.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9794
Bu ay: 544696
Ümumi: 15311237
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın