/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla danışıqları intensivləşdirib

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa İttifaqı «Transxəzər» qaz xətti və «Odesa-Brodı-Plotsk-Qdansk» neft kəmərinin reallaşması istiqamətində səylərini artırıb. Bu məqsədlə Azərbaycanla danışıqlar intensivləşdirilib. Amma layihənin reallaşması hələ sual doğurur. Rəsmi Bakının cavabı konkretdir: «Avropa nə vaxt inşa işlərini sona çatdırsa, Azərbaycan layihəyə qoşulmağa hızırdır» Rusiya və İranın etirazına baxmayaraq, Avropa İttifaqı «Transxəzər» qaz kəmərini reallaşdıracaq. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger belə deyib. Onun sözlərinə görə, Xəzərin hüquqi statusunun müəyyən edilməməsinə baxmayaraq, Avropa dənizin dibindən keçən boru xəttinin inşasına hazırdır. Kəmərin inşası ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında memorandum imzalanıb və işçi qrupu da yaradılıb. Sənəd imzalansa da, yaxın illərdə layihənin reallığı şübhə altındadır. Çünki Azərbaycan qismində təchizatçı ölkə var. Amma layihəni dəstəkləyən Avropa İttifaqının ölkələri «Kəməri kim tikəcək, mavi yanacağın alıcısı kim olacaq» kimi sualları hələ cavablandırmayıb. Birlik «Odesa-Brodı-Plotsk-Qdansk» neft kəmərinin inşası ilə bağlı rəsmi Bakı ilə danışıqları intensivləşdirib. Layihənin icrası ilə bağlı yeni şirkət də yaradılıb. Amma bu layihə də «Transxəzər» qaz kəmərinin aqibətini yaşayır. Avropa kəmərin reallaşması üçün «Vahid səslə» çıxış edir. Kəmərin tikintisi üçün söz verdiyi vəsaiti ayırmağa tələsmir. Natiq Əliyev deyir ki, rəsmi Bakı enerji resurslarının nəqlində diversifikasiyanın tərəfdarıdır. Hər iki kəmər daha çox Avropaya lazımdır. Layihələr nə vaxt reallaşarsa, Azərbaycan təchizatçı və tranzit ölkə qismində çıxış etməyə hazırdır.

13:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 22548
Bu ay: 127820
Ümumi: 14262181
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın