/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycanın iqtisadi reytinqi 3 pillə irəlilədi

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmiz «Doinq buisness-2012» hesabatında 3 pillə irəliləyərək, 66-cı yerə yüksəlib. Bu göstəriciyə görə, Azərbaycan qonşu dövlətlərdən çox irəlidədir. Məqsəd inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası aradırmanı 10 müxtəlif göstərici üzrə aparıb. Araşdırma müəssisələrin yaradılması, icazələrin alınması, məşğulluq bazarının vəziyyəti, vergi rejimi, kreditlərin alınması prosesi, xarici ticarət rejimini əhatə edib. Hesabatda Azərbaycan əmlakın qeydiyyatına görə, 183 ölkə arasında ilk onluğa daxil edilib. Dünya Bankı ölkəmizdə biznesə başlamaq üçün yaradılan şəraiti qənaətbəxş qiymətləndirib. Səbəb kimi «Elektron qeydiyyat» sisteminin tətbiqi göstərilir. Çünki ölkəmizdəki fiziki və hüquqi şəxslər elektron formada bir-neçə dəqiqə ərzində iş adamı statusu ala bilir. Azərbaycan dünyanın sərmayə yatırmaq baxımından ən maraqlı 24 ölkəsindən biridir. Nəticə göz qabağındadır: 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılıb. 1994-cü ildən bu yana yatırılan sərmayənin həcmi 100 milyard dolları ötüb. Kreditlərin alınması şərtlərinə görə ölkəmiz 48-ci yerdə qərarlaşıb. Ümumi göstəricilərə görə ölkəmiz «Doinq buisness-2012» hesabatında 3 pillə irəliləyərək, 66-cı yerə yüksəlib. Hesabatda Azərbaycan qonşu Rusiya, Türkiyə və İrandan çox irəlidədir. Ekspertlər hesab edir ki, bu temp davam edərsə, Azərbaycan növbəti illərdə inkişaf etmiş ölkələr səviyyəsinə çata bilər. Qeyd edək ki, Azərbaycan doinq biznes 2009 hesabatında ən islahatçı ölkə elan edilib. 2010 və 2011-ci illərdə ölkəmiz mövqeyini qoruyub saxlayıb. Digər beynəlxalq hesabatlarda da Azərbaycanın uğurları yüksək dəyərləndirilib. «Dünya iqtisadi forumu»-nun hesabatında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə mdb məkanında lider dövlətik. «Standard and poors» və «Moody»-s beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini «Stabildən pozitiv»-ə yüksəldib. «BMT inkişaf proqramı»-na görə, Azərbaycan «Orta insan inkişafı» qrupundan «Yüksək insan inkişafı» qrupuna yüksəlib. «Fitch ratings» agentliyi ilk dəfə Azərbaycana investisiya səviyyəli beynəlxalq reytinq verib.

16:00 / 08.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9211
Bu ay: 260674
Ümumi: 14395035
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın