/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Məcburi köçkünlər yeni evlərə köçür

Şriftin ölçüsü:  11px13px15px17px

Tərtərdə 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan şəhərciyə köç başlayıb. Yeni yaşayış massivinə əsasən, təhsil müəssisələrində və yol kənarlarında yaşayan Kəlbəcər, Ağdam, Laçın, keçmiş Ağdərə və digər işğal altındakı rayonların sakinləri köçürülür. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, yük maşınlarının xərcini bu dəfə də öz üzərinə götürüb. Kəlbəcər rayonundan köçkün düşən hüseynovlar ailəsi Tərtər şəhərindəki təhsil müəssisəsində məskunlaşıb. Uzun illər mətbəxsiz, hamamsız, darısqal otaqda yaşayıblar. Bu gün 4 nəfər üzvü olan ailə 3 otaqlı yeni evə köçür. 66 yaşlı Köçəri Hüseynov ömrünün bu çağında yeni evə sahib olmanın sevincini yaşayır. Ailəyə 17 gündür gəlin köçən Şəhla Hüseynova yeni mənzilə hələki yalnız ömür-gün yoldaşı ilə olan şəklini gətirib. Oğlanın əvvəlki evinin otaqları darısqal olduğundan orada cehizi olmayıb. Valideynləri indi onun cehizini yeni evə gətirəcəklər. İsmayılovlar ailəsi də Kəlbəcərdən məcburi köçkün düşüb. 5 nəfərlik ailə 2 otaqlı evlə təmin olunub. Mebel quraşdırılmamış evin xanımı əsli ismayılova mətbəxdə öz yerini tutub. Deyir ki, evdar qadının yeri mətbəxdir. Mən də uzun illər belə bir mətbəxin həsrətində olmuşam. Köçkün ailələrinin yaşayacağı şəhərcikdə 34 ədəd 4 mərtəbəli bina inşa olunub. Binalardakı mənzillərin 120-si birotaqlı, 504-ü ikiotaqlı, 472-si üçotaqlı, 80-i isə dördotaqlıdır. Yaşayış kompleksində, həmçinin, 1200 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina inşa olunub.

Habil Aslanoğlu

19:00 / 21.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 7867
Bu ay: 135571
Ümumi: 8106689
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın