/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bölgələrdə seçki ilə bağlı seminarlar keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bölgələrdə də dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirələr keçirilir. Naxçıvan şəhər 4 saylı dairə seçki komissiyasında keçirilən seminar-müşavirədə rəsmi qurumların və hüquq mühafizə orqanlarının nümayəndələri çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının humanitar siyasət və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan şəhər icra hakimiyyəti başçısının müavini Sərdar Salayev prezident seçkisinin hazırlanması və keçirilməsində yerli icra orqanlarının vəzifələri və kommissiyalarla qarşılıqlı fəaliyyəti, həmçinin, məntəqə seçki komissiyalarının müvafiq inzibati binalar, invertar və avadanlıqlarla təmin olunması haqda danışıblar. Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə şəki 113 saylı Dairə Seçki Komissiyasında da maarifləndirici tədbir keçirilib. Sözügedən DSK-nın sədri Rəhman Qədirzadə seçici siyahıları ilə işin təşkili və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması ilə bağlı məruzə edib. Seçki günü rayon hüquq-mühaizə orqanlarınn gücləndirilmiş rejimdə işləyəcəyini vurğulayan şəki rayon məhkəməsinin sədri ceyhun əhmədov isə səsvermə hüququ olan bütün rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin veriləcəyini diqqətə çatdırıb. Sonra rayon prokurorunun və polis şöbəsi rəisinin məruzələri dinlənilib. Aşağı seçki komissiyalarının vəzifələrindən, seçki zamanı kütləvi informasiya vasitələrinin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki cəhətlərindən danışılıb. Sonda iştirakçıların seçki hüququ və seçki qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.

Səməd Canbaxşıyev

19:00 / 20.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 4
Bu gün: 7191
Bu ay: 309626
Ümumi: 7088752
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın