/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ali məktəblərə qəbul qaydaları dəyişdi

Şriftin ölçüsü:  11px13px15px17px

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda bir sıra dəyişiklik edib. Bəzi ixtisas qruplarına yeni ixtisaslar əlavə olunub. Bəzisində isə mövcud ixtisaslar silinib. Bu gündən rezidenturaya sənəd qəbulu da start götürüb. Bütün bunlar barədə daha ətraflı növbəti videomaterialda. Ali məktəblərə imtahanlar ildə iki dəfə keçirilir. Yayda və yazda. Yeni qaydaya görə, abituriyent bu imtahanlarda müxtəlif ixtisas qruplarını seçə bilər. Müsabiqə zamanı da həmin şəxsə ərizəsində iştirak etdiyi hər iki qrupun ixtisaslarını qeyd etmək imkanı verilir. Digər dəyişiklik isə xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlıdır. Bəzi qruplarda ixtisaslar da artırılıb. I qrupa 6 yeni ixtisas əlavə edilib. Ləğv edilən ixtisas isə birinci qrupdadır. “informasiya texnologiyaları və sistemləri mühəndisliyi”... Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasına 3 ixtisas üzrə qəbul qaydasında da dəyişiklik var. Bundan sonra tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment” və “İdman tibbi və realibitasiyası” fakultəsinə sənəd verənlər qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidir. Bu gündən rezidenturaya sənəd qəbulu da başladı. Ərizə qəbulu fevralın 22-də başa çatacaq. Baza fənləri üzrə imtahan aprelin 1-də keçiriləcək. Qeydiyyat Dövlət İmtahan Mərkəzinin elektron saytında aparılır. İxtisas fənnləri üzrə imtahan isə iyulun 8-dədir.

Aysel Nəbiyeva

19:00 / 15.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 3084
Bu ay: 283400
Ümumi: 7062526
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın