/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Mili Məclisin növbəti iclası keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Bələdiyyələr tərəfindən 2636 hektar torpaq sahəsinin qanunsuz verildiyi məlum olub. Milli Məclisin növbəti plenar iclasinda Azərbaycanda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinlənilib. Ümumilikdə iclasda 19 məsələ müzakirə edilib. Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki, 2017-ci ildə nazirliyin bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub. Qanunsuz verilən 2636 hektar torpaq sahəsinin bələdiyyələrə qaytarilması istiqamətində tətbirlər görülüb. Millət vəkili Qüdrət Həsənquliyev isə bələdiyələrin sahibkarlar üçün yaratdığı problemlərdən danışdı. İclasin gündəliyinə daxil olan digər bir məsələ isə “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi idi. Müzakirələr zamani millət vəkilləri bildirdilər ki, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır. Bu gün keçirilən iclasında həmcinin Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunması məsələsinə baxıldı. Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də Milli Məclisə təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olundu. Dəyişiklik edilən digər bir qanun layihəsi isə “Konstitusiya məhkəməsi haqqında” qanundur. Dəyişikliyə əsasən Azərbaycanda insan hüquqları üzrə Avropa məhkəməsinə seçilmiş hakiminin statusu konstitusiya məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Layihə səsə qoyularaq qəbul edildi.

19:00 / 13.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 10116
Bu ay: 227490
Ümumi: 6184881
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın