/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Qanunsuz miqrantlarda çox ciddi yoluxucu xəstəliklər aşkarlanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizdə saxlanılmış qanunsuz miqrantlarda çox ciddi yoluxucu xəstəliklər aşkarlanıb. Bu barədə «Lider» televiziyasına Dövlət Miqrasiya Xidmətindən ekskluziv açıqlama verilib. Bildirilib ki, xüsusilə başqa məqsədlər üçün viza alıb ölkədə işləməyə gələnlərin sayı çoxluq təşkil edir. Daha ətraflı sıradakı reportajda. Azərbaycanda sabitlik və əminamanlıq hökm sürür. Və Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Eyni zamanda ölkəmizdə miqrantlara münasibətdə indiyədək hansısa milli etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Təbii bu və digər hallara görə Azərbaycan xaricilər üçün cəlbedici ölkədir. Amma bəzi asiya ölkələrinin vətəndaşları bundan sui-istifadə etməyə çalışırlar. Məsələn saxlanılan Hindistan vətəndaşları kimi. Maraqlısı ondadır ki, əcnəbilər bu və digər məqsədlər üçün viza alırlar. Sonradan başqa məqsədləri üzə çıxır. Məsələn, qeyri - qanuni əmək fəaliyyəti ilə məşğul olmaq kimi… belə olan halda ölkədə gizli şəkildə yaşamağa çalışanların həkimə müraciət etmələri və ya sağlamlığının yoxlanılması da müşkil məsələyə çevrilir. Bu isə təbii ki, ölkə vətəndaşları və onların sağlamlığı üçün də çox ciddi təhdidlər deməkdir. Qeyd edək ki, bu cür halların yaşanmaması üçün yerli vətəndaşların da dövlət qurumları ilə əməkdaşlıq etməsi çox vacibdir. Çünki, həmin miqrantlara yaşamaq sahəsi verən şəxslər bilməlidir ki, həmin insanların ölkəmizdə qeyri- qanuni əməklə məşğul olması və ya digər məsələlərdə iştirakı həm ölkənin təhlükəsizliyi , həm də xaricdəki imici baxımından müəyyən risklər yaradır.

Vüsal Qaraca

19:00 / 08.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 3092
Bu ay: 283408
Ümumi: 7062534
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın