/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ölkədə 3 mindən artıq talassemiya xəstəsi var

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizdə 1 milyondan çox talassemiya daşıyıcısı var. Bu, qorxulu hal və ya xəstəlik hesab olunmur. Əsas təhlükə 2 daşıyıcının evlənərək dünyaya talassemiyalı xəstənin gəlməsinə şərait yaratmaqdır. Başqa bir rproblem isə onların işlə təmin olunmasında yaşanan çətinliklərdir. “Talassemiya ilə mübarizədə kütləvi informasiya vasitələrinin rolu“ mövzusunda keçirilən konfransda da xəstəliklə bağlı digər önəmli məqamlara toxunulub. 25 yaşlı Sona talassemiya xəstəliyindən əziyyət çəkir. Ali təhsili, xarici dil biliyi olsa da, bu, işə götürənləri qane etmir. Çünki xəstəliyi əngəl yaradır. Sona da daxil olmaqla ölkədə 3 mindən çox talassemiyalı xəstə var. Nikaha girməzdən öncə müayinənin aparılması belə xəstələrin sayının azalmasına səbəb olur. Onların yeganə sağalma yolu isə sümük iliyi transplantasiyasıdır. 2013-cü ildən 55 belə əməliyyat gerçəkləşib. Bu il isə təxminən 10 xəstəyə sümük iliyinin köçürülməsi nəzərdə tutulub. Bütün bu məqamlarla əlaqədar “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda keçirilən konfransda mütəxəssislər bir araya gəldilər. Əsas məqsəd isə media ilə birgə talassemiyalı xəstələrin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün donor olmaq istəyən insanları bu işə həvəsləndirməkdir.

Fidan Əliheydər

19:00 / 31.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14182
Bu ay: 310838
Ümumi: 10343371
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın