/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Jurnalistlərə yeni məzillərin açarı təqdim edild

Şriftin ölçüsü:  11px13px15px17px

Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib. Evlərin açarları və sənədləri sahiblərinə təqdim edilərək binanın artıq istismara hazır olduğu söylənildi. Bu gündən binada yaşamaq mümkün olacaq. Bunu mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətin media siyasətinin uğurla davam etdiyini bildirdi. Tədbirdə prezident İlham Əliyevin ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyi vurğulandı. Qeyd edildi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilib onların istifadəsinə verilir. Bu gün isə 255 jurnalist mənzilə sahib olma sevinc və həyəcanını yaşadı. Qeyd edək ki, jurnalistlər üçün növbəti yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da istifadəyə veriləcək. Tədbirdə o da vurğulandı ki, xarici qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlərin cəhdləri jurnalistlərin müstəqilliyinə təhlükə yaradır.

Elmira Manaflı

19:00 / 30.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 2924
Bu ay: 346097
Ümumi: 11328558
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın