/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“whatsup”da növbəti təxribat

Şriftin ölçüsü:  11px13px15px17px

Yeni yayılan bir xəbər hər kəsi narahat etdi. İddialara görə naməlum şəxslər tərəfindən məktəb həyətlərində uşaqlara narkotik tərkibli konfetlər paylanılıb. Paytaxtın bir sıra orta məktəblərində müşahidə olunan hallar valideyinlərin narahatlığına səbəb olub. Bəs görəsən ajiotaja səbəb olan iddia doğrudurmu, belə halların qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir. “Azyaşlıları pis vərdişlərə aludə etmək məqsədi ilə paytaxtın bir sıra orta məktəblərində şagirdlərə narkotik tərkibli konfertlər paylanılır” bu iddia dünəndən etibarən "whatsapp" messenceri vasitəsilə paylaşılır. Hətta faktla qarşılaşanların hüquq mühavizə orqanlarına müraciət etmələri məsləhət görülür. Təbii ki, bu iddia ən çox valideyinləri narahat edir. Məlumatlara görə ağızda şişərək partalayan və asılılıq halına gətirən konfetlər narkotik tərkiblidir. Məhz bu vasitənin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin olduğu bildirilir. Məsələ ilə bağlı Təhsil Naziliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov qeyd etdi ki, bu iddia cəfəngiyyatdır. İndiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmayıb. Belə məlumatların heç bir əsası yoxdur, Bir sözlə iddia təqsdiqini tapmır. "whatsapp" messenceri ilə oxşar mesajların göndərilməsi halı isə nə birincidir, yaqin ki, nə də axırıncı olacaq.

Günel Səfərli

19:00 / 26.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 15934
Bu ay: 329090
Ümumi: 10361623
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın