/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Əlilliyi olan şəxslər üçün imkanlar yaradılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Bundan sonra əlilliyi olan şəxslərin də ictimai- sosial fəaliyyətləriylə bağlı bəzi məhdudiyyətlərin aradan götürülməsi üçün imkanlar yaradılacaq. Əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial həyata uyğunlaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu qanun layihəsində abilitasiya terminindən də istifadə olunur. Ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prioritet istiqamətlərdən biri olub. Amma danılmaz faktdır ki, bu sahədə indiyədək bir sıra problemlər mövcuddur. Məsələn əlilliyi olanların bu günədək də ictimai nəqliyyatdan, yeraltı və ya yerüstü keçidlərdən istifadə etməsi, əməlli- başlı müşkilə çevrilib. Yəni onların üzləşdiyi çətinliklər nəzərə alınmayıb. Eyni zamanda sağlamlıq imkanları məhdud şəxslərin iş yerləri ilə təmin olunması, onların sosial ictimai siyasi həyatda fəaliyyəti bu günədək maneələrlə üzləşirdi. Doğrudur, son vaxtlarda asan xidmət vasitəsilə bu kateqoriyadan olanların işə götürülməsi kimi bir çox uğurlu layihələr reallaşdırılıb. Amma bu, da əksəriyyəti əhatə etmir. İnkluziv təhsillə bağlı yaşanan problemləri də bu sıraya əlavə etmək olar. Əlilliyi olanların reablitasiyasına hər zaman xüsusi diqqət ayrılsa da, yeni qanunla bu istiqamətdə dəyişikliklər var. Əsas məsələ isə yeni qanun layihəsinin icrası ilə bağlıdır. Onu da deyək ki, yeni qanun layihəsində müddəaların həyata keçirilməsinə dövlət nəzarəti gücləndirilir.

Vüsal Qaraca

19:00 / 25.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 14372
Bu ay: 311028
Ümumi: 10343561
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın