/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Doğulan andan kamera yaddaşında olanlar...

Şriftin ölçüsü:  11px13px15px17px

Uşaq dünyaya göz açan kimi ilk həkimlə deyil, ana ilə də yox, sırf kamera ilə tanış olur. Nə qədər qəribə olsa da son zamanlar anaların dünyaya uşaqgətirmə anının kameranın yaddaşına köçürülməsi və sosial şəbəkələrdə paylaşılması bir dəb halı alıb. Bu azmış kimi, fotosessiya da edilir. Çoxu bunu müasirlik adlandırır. Təbii ki, əksini düşünənlər də var. Hamiləliyin axır ayları, uşağın dünyaya gəlməsi, xəstəxanadan çıxarılması və evdə qarşılanması... İndi əksər gənclər valideyn olma həyəcanını foto və video çəkilişlə əbədiləşdirirlər. Anları lentə alan Nicat İbadov deyir ki, belə fotosessiyalara təlabat çoxdur. Hətta buna görə təntənəli hazırlıq görülür. Körpənin ilk hərəkəti, davranışı, ümumiyyətlə görünüşü kadrlarda əks etdirilir. Sözügedən mövzu müasir gəncliklə yaşlı nəslin fikirlərini toqquşdurur. Bəziləri bunu mənəvi dəyərlərimizə uyğun görmür. Xüsusilə doğuş zamanı aparılan çəkilişi normal qarşılamırlar. Vaxt var idi yeni doğulmuş körpəni 40-ı çıxana qədər adam içinə çıxarmazdılar. Həm nəzər, həm də sağlamlıq baxımından önəm kəs edirdi. İndi bu ənənə də geridə qalıb. Körpəni nəinki tanıyanlar, internet vasitəsilə tanımayanlar da görür. Qanunla qadağan olmadığı üçün bu hala həkimlər də səssiz qalırlar. Hər halda, körpənin təhlükəsizliyini hamıdan çox valideynləri düşünür. Onlar narahat deyilsə, heç kimə söz düşmür. Lakin belə getsə, internetdə yayılmış bu video tezliklə gerçək olacaq.

Fidan Əliheydər

19:00 / 24.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 16304
Bu ay: 329460
Ümumi: 10361993
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın