/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Autizm sindromlu uşaqlar üçün peşə otağı fəaliyyətə başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizdə ilk dəfə olaraq autizm sindromlu uşaqlar üçün peşə otağı fəaliyyətə başlayıb. Bununla da onları xidmət sahəsində də görmək mümkün olacaq. Mütəxəssislər bu qəbildən olan insanların cəmiyyətə inteqrasiya edilməsi üçün dövlət proqramının qəbul edilməsini vacib hesab edirlər. Bu sahədə qonşu Türkiyənin təcrübəsindən yararlanılır. Yeni təqdim olunan təhsil modeli autizm sindromlu uşaqların müalicə və reabilitasiyanın səmərəli həyata keçirilməsinə yönəlib. Bu məqsədlə yaradılan peşə otağında onlar özlərinə yeni məşğuliyyət tapmaqla bərabər vaxtlarını da səmərəli keçirmiş olacaqlar. Dünya praktikasında autizmli uşaqlar üçün əsasən dövlət səviyyəsində proqramlar həyata keçirilir. Onlar məcburi şəkildə reabilitasiyaya cəlb olunur. Mütəxəssislər də hesab edir ki, müxtəlif sosial layihələr, psixoloji məşğələlər vasitəsi ilə autizmli uşaqların cəmiyyətə inteqrasiyası daha sürətli ola bilər.

Elmira Manaflı

19:00 / 24.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 14206
Bu ay: 290336
Ümumi: 11272797
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın