/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

İnsanlarda ürək-damar xəstəlikləri kabusa çevrilib

Şriftin ölçüsü:  11px13px15px17px

Dünən axşam daha bir jurnalist həmkarımız Nicat Məlikov 39 yaşında dünyasını dəyişdi. Yaxınlarının verdiyi məlumata görə o, dükana gedib və qəfil özünü pis hiss edib və yıxılaraq həyatını itirib. Vaxtsız ölümə səbəb ürək tutması olub. Statistika da göstərir ki, son zamanlar ürək- damar sistemi xəstəliklərindən ölüm halı artıb. 2017-ci ildə ölkəmizdə ölənlərin 57, 8 faizi ürək-damar xəstələri olub. Bu statistika bir neçə gün öncə Milli Məclisdə də müzakirə mövzusuna çevrildi. Ən pisi isə odur ki, xəstəliklərin yaşı da cavanlaşıb. Belə ki, qəfləti dünyasını dəyişənlərin 62 faizi cavanlardı. Xəstəliyin kökündə stressli həyat tərzi durur. O cümlədən siqaretdən istifadə , yüksək təzyiq, şəkərli diabet və hərəkətsizlik də bu problemlərə yol açır. Səhlənkarlıq edib vaxtında həkimə müraciət edilmir. Səbələr fərqlidi. İqlim şəraiti də normal deyil. Ekologiya pozulub. qış sərt keçmir. Əhali arasında qrip və ya qripə oxşar viruslar yayılır. Bu da ürək -damar sistemi xəstəliyinin genişlənməsinə bir səbəbdir.

Aysel Nəbiyeva

19:00 / 24.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 14204
Bu ay: 290334
Ümumi: 11272795
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın