/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğunun 50 illiyi qeyd olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Şəkinin qədim hissəsini əhatə edən «Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından 50 il ötür. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır. Qoruğun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub. "Şəki :“Yuxarı baş” dövlət tarix-memarlıq qoruğu 1967 ildə yaranıb. 2 min hektardan çox ərazıdə 25 qeydə alınan və 200 yeni tarixi abidə mövcuddur. Qoruğun ərazisində bu gündə rekonstrusiya və restavrasiya işləri davam edir. Yubiley mərasiminə qatılan qonaqlar qoruğun ərazisini gəziblər. “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Qoruğun əsas tikilisi xan sarayında 50 illiklə bağlı səhnələşdirilmiş xan qəbulu keçirilib. Xan divan otağında əyanları ilə 200 il əvvəlki sayağı qərər qəbul edib və musiqi dinləyib. «Yuxarı baş» bir növ qədim Şəkinin içəri şəhəri hesab olunur. Hazırda qoruqda qala divarları, Şəki Xan Sarayı, Şəkixanovların evi, beş məscid, iki minarə, dəyirmi məbəd, iki karvansaray, üç hamam, körpülər, yaşayış binaları, ticarət dükanları, anbarlar, dəyirmanlar və sair mühafizə olunur. Bu ərazidə yaşı 300-dən 700-dək olan 24 ədəd xan çinarı var və bu ağaclar da dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “taclı” su kəmərindən indi də istifadə olunur. Qoruğun digər dəyəri onun azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid Bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu ərazidə doğulub, yaşayıb-yaradıb. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var. Burada qədim məhəllə adları indiyədək qorunub saxlanılır. Əsas isə odur ki, qoruqdakı bütün memarlıq abidələri istifadə olunur, yəni istifadəsiz buraxılmayıb. Rəsmi tədbirdə çıxış edənlər, şəkinin UNESKO- nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini bu qədim şəhərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində növbəti uğurlu addım kimi qiymətləndiriblər. Daha sonra qoruğun bir sıra əməkdaşı fəri fərman, diplom və döş nişanları ilə mükafatlandırılıb. Gənc rəssam Aynur Məsimovanın "Yuxarı baş" tarıxı qoruğuna həsr etdiyi rəsm sərgisinə də baxış keçirilib. Sərgidə təqdim olunan 25-dən çox əsərdə qədim Şəkinin tarıxı binaları və karavansarayları əks olunub. Sonda “Yuxarı baş” dövlət tarix-memarlıq qoruğunun veb-səhifəsinin təqdimatı olub. Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

Əli Səmədov

13:00 / 27.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 15157
Bu ay: 336816
Ümumi: 11863584
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın