/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Siqaret çəkənlərin sayı ilbəil gəncləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Aparılan araşdırmalara görə, ölkədə siqaret çəkənlərin sayı ilbəil gəncləşir. Hətta yaşı 14-dən aşağı olanlar arasında da siqaret çəkənlərə rast gəlinir. Tütün məmulatlarının isteşlakının məhdudlaşdırılması haqqında qanun layihəsinin qəbulunun əsas məqsədi gənclər arasında marifləndirmə işlərini sürətləndirməkdir. Hazırda 15 və yuxarı yaşda olan əhalinin 33,5 faizi siqaret çəkir. 20-44 yaşlı kişilərin 27,8 faizi, 45-64 yaşlı kişilərin 49,9 faizi, yaşı 65 –dən çox olanlarn 34,5 faizi siqaretdən istifadə edir. Mili məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, 2020-ci ilə kimi tütündən istifadənin 10 faiz azaldılması planlaşdırılır. Tütün məmlatlarının istehlakının məhdudlaşdırılması haqqında qanunun qəbulu buna imkan yaradacaq. Qanun layihəsinə görə, qapalı yerlərdə siqaretdən, həmçinin elektron siqaret və sulu qəlyandan istifadə qadağan edilir. Aparılaran sorğulara görə, siqaretdən istifadə edənlərin 70 faizi bu vərdişindən əl çəkmək istəyir. Belə şəxslərə isə dövlət səhiyyə müəsissələrində pulsuz xidmətlər göstəriləcək.bu məqsədlə həmin müəssisələrdə xüsusi kabinetlər yaradılacaq. Müraciət edən vətəndaşlar lazımı dərman preparatları ilə təmin ediləcək. Mussa Quliyev deyir ki, bu məsələdə mətbuatın üzərinə də böyük iş düşür. Belə ki, kütləi informasiya vasitələrində mütamadi marifləndirici verilişlər, video çarxlar verilməlidir. Bu məsələ qanunda da öz əksini tapıb. Qanunun qəbulundan sonra isə cərimələrin tətbiqi mexanizmi hazırlanacaq.

21:00 / 20.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 16155
Bu ay: 353665
Ümumi: 13177963
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın