/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Gənc alimlərin 1-ci qurultayı baş tutdu

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan gənc alimlərinin 1-ci qurultayı keçirilib. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramında intellekrual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə baş tutub. 33 yaşlı Nüsrət Siracov biologiya üzrə fəlsəfə doktorudur. Gənc alim kimi istəyi beynəlxalq nəşrlərdə məqalələrinin dərc olunmasıdır. Amma reallaşması maliyyədən asılıdır. Gənc alimləri narahat edən digər bir problem isə yaş həddidir. Onu 29-dan 35-ə qaldırılmasını təklif edirlər. Onların problemlərin həllini tezləşdirən saat işə düşdü. Və ilk qurultaya start verildi. Öncə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısının qurultay iştirakçılarına təbrikini səsləndirdi. Daha sonra tədbirin əhəmiyyətindən, əldə edilən nailiyyətlərdən danışıldı. Bildirildi ki, 100-ə yaxın gənc alim dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunub. Qurultayda gənc mütəxəssislərin sosial vəziyyətinə də toxunuldu. Vurğulandı ki, alimlər şəhərciyinin salınması barədə razılıq əldə edilib. 2020-ci illərdə xeyli sayda alim mənzil sahibi olacaq. Təbii ki, yeni kəşflər üçün yaradılan şərait bunlarla bitmir. Ardınca gənc alimlərin çıxışları dinlənildi. Nəzərə alan daha sonra qurultayın bəyannaməsi qəbul olundu. Sonda iştirakçıların ölkə rəhbərinə müraciəti oxundu.

Fidan Əliheydər

21:00 / 15.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 13050
Bu ay: 422466
Ümumi: 13912082
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın