/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Erməni saxtakarlığı bir daha pislənildi

Şriftin ölçüsü:  11px13px15px17px

Zaman zaman erməni saxtakarlığı ilə ilə üzüzə qalmışıq. Xüsusilə tarixi abidələrimizi öz adına çıxan ermənilər saxta qeydiyyat aparmaqdan çəkinmir və beynəlxalq əqli mülkiyyət hüquq normalarını ciddi şəkildə pozurlar. Onlar Azərbaycana məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini özününküləşdirməklə, saxta faktoloji materiallar toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqla məşğuldurlar. Piratçılığa qarşı illər boyu beynəlxalq səviyyədə mübarizə aparılsa da bu sahədə hələdə görülüsi çox işlər var. Etiraf edək ki, erməni plagiatının arxasında böyük siyasi maraqlar dayanır. Azərbaycan erməni-hay piratçılığından, mənimsəmə və özününkiləşdirməsindən və saxtakarlıqları ilə hələ də mübarizə aparır. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri adlarına çıxarmağa cəhd etməsi ciddi problemdir. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb. Bu gün Bakıda «Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransın da əsas məqsədi əqli mülkiyyət hüququnun qorunması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verməkdir.

Elmira Manaflı

21:00 / 13.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 13280
Bu ay: 422696
Ümumi: 13912312
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın