
Ölkəmizin tarixində riyaziyyat üzrə üçüncü azərbaycanlı elmlər doktoru dərəcəsi almış akademik Əşrəf Hüseynov riyaziyyat sahəsində görkəmli mütəxəssis kimi tanınır. Onun əldə etdiyi fundamental nəticələr inteqral tənliklər nəzəriyyəsində dönüş yaradıb. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Əşrəf Hüseynovun ananadan olmasının 110 illiyinə həsr edilən toplantıda səsləndirilib. Bildirilib ki, ömrünü elm və təhsilin inkişafına həsr edən böyük alim elmi kadrların hazırlanmasında da xidmətlər göstərib. Onun rəhbərliyi altında 60-dan çox fəlsəfə və elmlər doktorluq dissertasiyası müdafiə olunub.
13:00 / 13.12.2017