/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bədii tikmədə kişi incəliyi…

Şriftin ölçüsü:  11px13px15px17px

"Qafqazın ən iri ticarət mərkəzi olan Şəkidə mindən çox sənətkar fəaliyyət göstərib. Bədii tikiş sahəsində hətta çoxlu sayda kişi sənətkarlar çalışdığı bildirilir. Tanınmış kişi ustaların yüzlərlə şagirdi olub. Lakin vaxt ötdükcə tikmə sənəti zəifləyib və sırf qadın sənətinə kevrilib. 2002 ci ildə şəkidə yenidən tikmə üzrə kişi sənətkar fəaliyyə başlayıb .gəlin sənətkarımızla tanış olaq.." İkinci qrup əlil Rəhman Yunusovu Şəkidə bədii tikmə sənətinin xovlu tikmə növü ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyırlar. Taleyinə anadangəlmə əlillik payı düşən Rəhman erkən yaşlarında əvvəlcə atasını, sonralar isə anasını itirib. O, uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olmağa çalışıb, gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək umamağı qarşısına məqsəd qoyub. Bunun üçün əməkdar rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış sənətkar güləndam xanımdan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində çalışan rəhman qısa müddətdə şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb. Və 15 ildir bu sənətdədir. İflic səbəbindən normal danışa bilməsə də, necə deyərlər, əlləri qızıldır. Çox sehrli sənət dünyası var. İnsanlarla ünsiyyətdən qaçan rəhman sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əl işlərində əks etdirməyə çalışır... Onun xovlu tikmə nümunələri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. Xovlu tikmələr uzaqdan rəsm əsərinə bənzəyir. Yalnız yaxından baxanda, əllə toxunanda əmin olursan ki, bu, bir tikmə nümunəsidir. 35 yaşlı usta yaradıcılığını inkişaf etdirmək üçün daim çalışır, axtarır, yeniliklərə can atır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşəməli küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin, şəki xan sarayı, yuxarı və aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər tarixi abidələr rəhmanın əsərlərinin əsas mövzusunu təşkil edir. Bu sənət Rəhman Yunusovun həm də dolanışığını təmin edir. Özünün də qeyd etdiyi kimi, heç kəsə möhtac deyil, qabiliyyəti, əlinin zəhməti ilə dolanır. Əl işlərinin qiyməti ölçülərinə görə 50-60 manatdan 1000-1500 manatadək dəyişir. Xarici turistlər daha çox şəki xan sarayının, alban məbədinin, karvansarayların əks olunduğu kiçik ölçülü işlərə maraq göstərir, onları həvəslə alırlar. Çünki belə əsərləri öz ölkələrinə aparmaq daha asan olur. Əli Səmədov

11:00 / 13.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12490
Bu ay: 421906
Ümumi: 13911522
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın