/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Lider” televiziyasında növbəti təlim

Şriftin ölçüsü:  11px13px15px17px

Bilik Fondu tərəfindən Milli Televiziya və Radio Şurasının dəstəyi ilə reallaşdırılan “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Lider” televiziyasında ikinci təlim keçirilib. Təlimdə kanalımızın aparıcı və reportyor heyəti iştirak edib.
Təlimdə Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva əvvəlcə iştirakçılara layihənin məqsədi və ədəbi dil normalarına riayət edilməsi barəsində məlumat verdi. Təlimçi bəzi nümunələrlə mətbuat orqanlarında çalışan insanların nitqindəki fonetik, leksik, qrammatik qüsurları təhlil edərək problemlərin həll yollarını göstərdi. Təlimdə kanalımızın əməkdaşlarımının razılaşmadıqları məqamlar da az deyildi. Elə bu səbəbdən də həmkarlarımız bəzi nüansları Bilik Fondu və Nəsimi adına Dilçilik İnstitutunun nümayəndələrinin diqqətinə çatdırdılar.
Təklif və iradları dinləyən monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirdi ki, 2018-ci ildə bir sıra lüğətlərin işlənib hazırlanması nəzərdə tutulur. Sözügedən lüğətlər hazır olduqdan sonra mövcud problemlərin böyük əksəriyyəti aradan qaldırılacaq.

Nüşabə Əliyeva

13:00 / 23.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 25053
Bu ay: 493759
Ümumi: 13318057
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın