
Son günlər ən çox müzakirə olunan mövzulardan biri ali məktəblərə qəbul zamanı test imtahanlarının ləğvidir. Kimi bunun müsbət addım olduğunu, kimi də yaxşı nəticə verməyəcəyini deyir.
Növbəti tədris ilində ali məktəblərə qəbul imtahanları fərqli formatda keçiriləcək. Bu fərqin nədən ibarət olduğu sentyabrda açıqlanacaq. İmtahanlarda test üsulu isə ləğv edilməyəcək. Sadəcə təkmilləşdiriləcək. Dəyişikliyə səbəb, kurrikulum təhsil sistemindəki standartlardı. Belə ki, bu standartlar təkcə testlə qiymətləndirilə bilməz.
Nazir müavini Ceyhun Bayramov bəzi dərsliklərdə rast gəlinən səhvlərə də münasibətbildirdi.
Payızda yeni dərsliklərlə bağlı təhsil nazirliyinin daimi şurasında müzakirə aparılacaq. Müzakirələr zamanı təhsil sahəsində təcrübəli şəxslər öz təklif və iradlarını bildirə bilərlər.
Aysel Nəbiyeva
19:00 / 29.08.2017