/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ramazan ayının başlanması ilə bağlı fətva verildi

Şriftin ölçüsü:  11px13px15px17px

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib. Bu il Azərbaycanda Ramazan miladi təqvimi ilə may ayının 27-də başlayacaq. Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Ramazan ayının ilk günü mayın 27-sinə təsadüf edəcək. Ayın göründüyü andan etibarən mübarək Ramazan ayı başlayacaq. Ramazan bayramı şəvval ayının 1-i, yəni iyun ayının 26-na təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı da Ramazan ayının son günüdür. Qazılar şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Ramazan ayı ilə bağlı keçirilən toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə din xadimlərini moizələrində məzhəb ayrı-seçkiliyinə yol verməməyə çağırıb. Həmçinin bu müqəddəs ayın şərtlərinə əməl etməyə çağırıb. Yığıncaqda həmçinin bütün “Quran” kurslarının Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qeydiyyata alınması məsələsinə toxunulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kursların yalnız məscidlərdə keçilməli olduğunu vurğulayıb. Qeyd olunub ki, “Quran kursu” adı altında səlahiyyatı olmayanlar, gəncləri radikal qrupun təsiri altına sala bilər.

Babək Zeynal

19:00 / 24.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 11775
Bu ay: 387343
Ümumi: 11369804
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın