/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Rusiya mətbuatı Bakı Şopinq Festivalına geniş yer ayırır

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda keçirilən ilk şopinq festivalı Rasiyanın tanınmış mətbu orqanlarında geniş işıqlandırılır. Bu matreallarda daha çox qədim bakının gözılliyi, tarixi məkanları ilə yanaşı, ölkəmizin milli mətbəxi və təbii ki, məhtəşəm şopinq festivalına diqqət yetirilir. Rusiyanın “büro-247.ru” saytı Bakıda keçirilən ilk şopinq festivalı ilə bağlı reportaj hazırlayıb. Əvvəlcə reportajda şəhərimizin ümumi mənzərəsindən bəhs olunub. Bildirdilib ki, Bakı təzadlar şəhərıdır. Bir tərəfdə qədim memarlıq abidələri, digər tərəfdə isə müasir tikililər... Belə ki, şəhər orta əsrə aid olan qalalarla, saray və məscıdlərlə zəngındır. Digər tərəfdə isə əzəmətli göydələnlər, müasır bınalar ucaldılıb. Yeni layihələr araslnda Heydər Əlıyev Mərkəzı xüsussilə göz oxşayır. Yüksək məkanlarından şəhərin mənzərəsini izləmək xüsüsi ilə zövq vericidir. Şərqlə qərb elementlərini özündə birləşdirən şəhər bu ildən turizm şəhəri kimi də əcnəbilərin diqqətini özünə cəlb edəcək. Aprelın 10-dan Bakıda ılk şopinq festıvalı keçırılir. Məqalədə yerli sakinlərlə yanaşı turistlərə də əlverişli şərait yaradıldığı bildirdilib. Qeyd olunur ki, festival şəhərin ən məşhur mağaza və küçələrində təşkil edilib. Şopinq festivalı çərçivəsində turistlərə şənbə -bazar günləri 280 və 550 dollar turpaketlərin təklif olunduğu bildirlir. Alıcılar üçün xüsussi endirim kampaniyaları təklif olunur. Mağazalarda hər kəsin büdcəsinə uyğun geyimlər tapmaq mümkündür. Mango, dolce & gabbana valentıno, kimi məşhur brendlər alıcılara 30 fazidən 70 faiz arasında endırım təklıf edır. 300 manatdan çox alış veriş edənlər tax free xidmətindən yararlana bilir və faizini geri götürür. Şopinq festivalının bir hissəsi qədim İçərişəhərdə təşkil olunub. Burda isə turistlər qədim sənət nümunələri və məşhur Azərbaycan xalçaları almaq imkanı qazanır. Festıval çərçıvəsındə mədənıyyət proqramları. Opera, və müasır ıncəsənət sərgıləri təşkıl olunur. Bakıda bu ay Rostropovıç musıqı festıvalı başlayıb və yerlı teatr və böyük konsert salonlarında musiqi gecələri keçirilir. Həftə sonları isə opera və baletrı maraqlı tamaşalarla zəngin olur. Reportajda Azərbaycanın milli mətbəxindən də söhbət açılıb. Bildirilib ki, şəhərdə restoran və otellərdə əsasən Azərbaycan mətbəxınin ləziz yeməkləri təklıf edılır. Plov, dolma, küftə və müxtəlif növ kabablar və həmçinin dadlı şırnıyyatlar mətbəxın əvəzolunmaz təamlarıdır. Müxtəlıf ıçkı növlərı, çay və dadlı kofelər də süfrədə əsas içki hesab edilir. Bir sözlə, siz bakıya gəlçəklə özünüzü əfsanəvi nağıllar aləmində hiss edəcəksiniz - deyə məqalədə vurğulanıb.

Simnarə Həmidqızı

19:00 / 24.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 3142
Bu ay: 366342
Ümumi: 13855958
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın